Krivotsyukun komandası mövsümü 8-ci pillədə başa vurdu

Krivotsyukun komandası mövsümü 8-ci pillədə başa vurdu

Futbol üzrə Cənubi Koreya çempionatında mövsümə yekun vurulub.

Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da mövsümdəki son matçına çıxıb.

Sözügedən kollektiv 38-ci tur çərçivəsində doğma meydanda “Seul”la qarşılaşıb. Oyun 2:2 hesabıyla başa çatıb.

Anton da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda qaldığı bu görüşün 44-cü dəqiqəsində sarı vərəqə də alıb.

“Daejeon” mövsümü 51 xalla 8-ci pillədə başa vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər