Krivotsyukun komandası doğma meydanda xal itirdi

Krivotsyukun komandası doğma meydanda xal itirdi

Futbol üzrə Cənubi Koreya çempionatında 18-ci turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Qvanqju” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

“Daejeon” hazırda 26 xalla 6-cı pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər