Krivotsyuksuz "Visla" qələbə qazandı

Krivotsyuksuz "Visla" qələbə qazandı

Bu gün Polşa Ekstraklasasında 27-ci tura yekun vurulub. Fanat.Az xəbər verir ki, turun bağlanış matçında Azərbaycan millisinin üzvü Anton Krivotsyukun çıxış etdiyi Plotsk "Visla"sı ilə "Qurnik" qarşılaşıb. Rəqibini qonaq edən Plotsk təmsilçisi minimal hesablı qələbə qazanıb - 3:2. Anton sözügedən qarşılaşmada iştirak etməyib. Müdafiəçinin adı matçın protokoluna daxil edilməyib. Qeyd edək ki, 27 turdan sonra "Visla" 39 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər