Krivotsyuksuz qələbə

Krivotsyuksuz qələbə

Futbol üzrə Cənubi Koreya çempionatında 7-ci turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Anton Krivotsyukun komandası - “Daejeon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv lider “Ulsan Hyundai” komandasını qəbul edib. Matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb - 2:1.

Ötən tur qırmızı vərəqə aldığı üçün cəzalı olan Anton bu görüşün iştirakçısı olmayıb.

“Daejeon” hazırda 14 xalla 12 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər