Krivotsyuk "Korona"ya yenildi

Krivotsyuk "Korona"ya yenildi

Polşa kubokunda 1/32 final mərhələsinin oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, millimizin üzvü Anton Krivotsyukun komandası "Visla" mübarizəni dayandırıb. Plotsk klubu aşağı liqanın lideri "Korona"ya uduzub - 3:4. Görüşün əsas vaxtı 2:2 nəticələnib, "Visla" əlavə vaxtda məğlub olub. Krivotsyuk start heyətində meydana çıxıb və 120 dəqiqə mübarizə aparıb. Müdafiəçi 107-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. 

Qeyd edək ki, millimizin digər üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya Varşava" ötən gecə "Viqri"ni 3:1 yenərək, 1/16-ə adlayıb. Hücumçumuz komandasının sonuncu qolunun müəllifi olub.   Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər