Kristian Eriksenin nə zaman meydana çıxa biləcəyi məlum olub

Kristian Eriksenin nə zaman meydana çıxa biləcəyi məlum olub
"İnter"in danimarkalı yarımmüdafiəçisi Kristian Eriksen yenidən futbol oynamaq üçün ən azı 6 ay gözləməli olacaq.
Bu barədə Fanat.Az "Sky İtalia"ya istinadən xəbər verir.
 
Mənbə futbolçunun əməliyyat olunduğu klinikadan aldığı məlumata əsasən bildirir ki, futbolçunun ürəyinə yerləşdirilən qurğunun testi və çıxarılması prosesi ən azı 6 ay vaxt aparır. 
Qeyd edə ki, daha əvvəl İtaliya Futbol Federasiyasının elmi və texniki komitəsinin üzvü Françesko Brakonaro bu qurğu ilə meydana çıxmağın qeyri-mümkün olduğunu bildirmişi. 
Xatırladaq ki, Danimarka millisinin futbolşusunun AVRO-2020 zamanı Finlandiyaya qarşı keçirilən oyunda urəyi dayanmışdı. Həkimlərin müdaxiləsi nəticəsində futbolçu meydandan birbaşa klinikaya aparılaraq əməliyyat (futbolçunun urəyinə kardioverter-defibrilyator yerləşdirilib) olunmuşdu.
 
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər