Moskva MOİK-i erməni məşqçi ilə anlaşıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Qriqori Babayan komandanın müvəqqəti baş məşqçisi Aleksey Berezutskinin köməkçisi təyin olunub.
MOİK dünən baş məşqçi İvitsa Oliçlə vidalaşmışdı.
Babayan son olaraq Qazaxıstanın "Tobol” klubunda baş məşqçilik edib.
Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko hazırda Moskva klubunda qapıçılarla iş üzrə məşqçidir.
Fanat.Az