Kostanın yeni klubu bilindi

Kostanın yeni klubu bilindi

Braziliya milli komandasının sabiq üzvü Duqlas Kostanın yeni klubu məlum olub.

Fanat.Az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.

O, "Fluminense"yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Son olaraq "Los Anceles Qalaksi"də çıxış edən Duqlas "Şaxtyor", "Bayern" və "Yuventus"da da oynayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər