Kostanın davası pul davasıymış

Kostanın davası pul davasıymış

“Çelsi”nin baş məşqçisi Antonio Konteylə mübahisə edən Dieqo Kosta “zadəganlar”la yeni müqavilə bağlamaq istəyir. Fanat.Az xəbər verir ki, Çindən sərfəli təklif alan İspaniya millisinin braziliyalı forvardı maaşının artırılması üçün dəridən-qabıqdan çıxır.

“Lester”lə son Premyer Liqa oyununu buraxan hücumçunun agenti müştərisinin həftədə 300 000 funt qazanmaq arzusunu italyan çalışdırıcıya şəxsən çatdırmaq üçün onunla görüşməyə hazırlaşır.

 

Yeri gəlmişkən, Kostaya “əşyalarını topla, rədd ol Çinə” deməsiylə gündəmə gələn Konte “Lester”lə matçın ardından forvardın zədə üzündən oynamadığını söyləyib. Bu isə o deməkdi ki, mütəxəssis futbolçunu müdafiə edir və onunla vidalaşmaq fikrindən uzaqdı.

28 yaşlı ön xətt oyunçusu London təmsilçisinə 2014-cü ilin yayında 38 milion avroya transfer olunub. “Transfermarkt.de” portalı “sambaçı”nı hazırda 45 milyonluq oyunçu qismində dəyərləndirir. Kosta “Çelsi”də çıxdığı 99 oyunda 50 qol vurub və 21 məhsuldar ötürməylə yadda qalıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər