Koronavirusa yoluxduğu iddia edilən Dibala danışdı: "Hazırda yaxşıyam"

Koronavirusa yoluxduğu iddia edilən Dibala danışdı: "Hazırda yaxşıyam"
Venesuelanın "El Nacional" nəşri "Yuventus"un hücumçusu Paulo Dibalanın koronavirusa yoluxduğuna dair məlumat yaymışdı.
Fanat.Az xəbər verir ki, Dibala informasiyanı təkzib edib. Argentinalı futbolçu tvitter hesabında yazıb:
"Salam. Hazırda yaxşı olduğumu nəzərinizə çatdırmaq istəyərdim. İndi könüllü olaraq təcridxanadayam. Mesajlarınıza görə hamınıza təşəkkür edirəm. Ümid edirəm ki, yaxşısınız".
Qeyd edək ki, "Yuventus"un müdafiəçisi Daniele Ruqanidə koronavirus aşkarlanıb. Artıq Turin klubunun 121 əməkdaşı karantinə alınıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər