Konte özünə qiymət verdi: "Onlar qədər istedadlı deyildim"

Konte özünə qiymət verdi: "Onlar qədər istedadlı deyildim"

"Yuventus"un, "Çelsi"nin və İtaliya millisinin sabiq baş məşqçisi Antonio Konte gələcək planları barədə açıqlama verib.

Fanat.Az-ın məlumatına görə, "Football Italia" onun dediklərini belə çatdırıb:

"Evdə futbol haqda düşünməməyə çalışıram. Amma təbii ki, məşqçilər bəzən işi evə gətirirlər. Mən sözü birbaşa deyən adamam və özüm kimi insanları xoşlayıram. Bir qədər tezinciyənəm, yalandan zəhləm gedir. Bəzi durumlarda çox hövsələsiz oluram. 

Futbolçu kimi özümə 10 üzərindən 8 bal verərdim, məşqçi qismində isə 8,5. Yaşım hələ inkişaf etməyimə imkan verir. Oyunçu kimi, şübhəsiz, mən Alessandro Del Pyero və Zinəddin Zidan qədər istedadlı deyildim. Amma baş məşqçi olaraq, hələ Avropada tarix yazmaq istəyirəm".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər