Komandası məğlub oldu, Mahir isə...

Komandası məğlub oldu, Mahir isə...

Polşa Ekstraklasasının növbəti turunda milli komandamızın hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Rakov" səfərdə "Krakoviya"nın qonağı olub.

Fanat.Az xəbər verir ki, gərgin keçən qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmaya əsas heyətdə başlayan Mahir Emreli matçın 31-ci dəqiqəsində diqqət mərkəzinə düşüb. O, dəqiq pasla P. Makuşu təmin edərək komandasının hesabı açmasına şərait yaradıb (0:1).

Lakin ikinci yarıda üstünlüyü ələ alan "Krakoviya" 56-cı dəqiqədə A. Hasiçin qolu ilə hesabı bərabərləşdirib. 75-ci dəqiqədə isə D. Pila ev sahiblərinin qələbə qoluna imza atıb – 2:1.

Mahir Emrelinin məhsuldar ötürməsi "Rakov"a Polşa səfərindən xalla dönmək üçün kifayət etməyib.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər