"Mançester Yunayted"in yarımmüdafiəçisi Nemanya Matiç komandada ən yaxşı driblinq bacarığına sahib futbolçulardan danışıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, o, Kriştianu Ronaldunun adını çəkməyib:
"Bu, təbii ki, mən deyiləm. Driblinq etməyə xüsusi ehtiyac da görmürəm. Mənim mövqeyimdə belə şeylər önəmli deyil. Fikrimcə, iki forfardımız - Meyson Qrinvud və Markus Reşford komandanın ən yaxşı driblinq bacarığı olan oyunçularıdır".
Nihat