Klublarımızın qış hazırlığı

Klublarımızın qış hazırlığı

Beş gün sonra Azərbaycanda qış fasiləsi başa çatacaq.

Fanat.Az xəbər verir ki, Premyer Liqa klublarının 46 günlük "istirahət"i fevralın 1-2-də ölkə kubokunda keçiriləcək 1/4 final mərhələsinin oyunları ilə yekunlaşacaq.

Bəs kim bu dönəmdən necə yararlandı? Klublarımızın təlim-məşq toplanışlarına "işıq salıb" nəticələrini araşdırmışıq.

Bəribaşdan qeyd edək ki, Premyer Liqa təmsilçilərindən 6-sı ölkə xaricinə çıxmağa imkan tapıb. "Qarabağ", "Qəbələ", "Zirə", "Neftçi", "Sabah" və "Sumqayıt" Türkiyənin Antalya bölgəsinə üz tutub. Bu mənada iddiasızlar - "Keşlə" və "Səbail" Azərbaycanda qalaraq Bakıda hazırlaşıb. 

Ən uzun hazırlıq tsiklini "Zirə" keçib. Yanvarın 5-də Türkiyəyə üz tutan Rəşad Sadıqovun başçılıq etdiyi kollektiv üç həftə ərzində çatışmazlıqlarını yoluna qoymağa çalışıb. Baxmayaraq ki, yoxlama oyunlarının sayı digərlərindən çox olmayıb. "Sumqayıt"ın hazırlıq dönəmi isə hamıdan qısa çəkib. Yeni baş məşqçi Aleksey Baqa 12 günlük proseslə kifayətlənib.   

Rəqib seçimində coğrafiya - 8 ölkə

Komandalarımız hazırlıq dönəmində 24 oyun keçiriblər ki, bunun 19-u Antalyada baş tutub.  

Yoxlama oyunlarındakı rəqiblərin təmsil olunduğu ölkələrin coğrafiyasına diqqət yetirsək, komandalarımız 8 müxtəlif çempionatın təmsilçiləriylə gücünü sınayıb. Bu mənada Polşa komandaları ilə yolumuz daha çox kəsişib. Polşa - 7 oyun Macarıstan - 3 Şim.Makedoniya - 3 Serbiya - 2 Rumıniya - 1 Almaniya - 1 Ukrayna - 1 Çexiya - 1

"Neftçi" Antalya,...    Nəticələr ürəkaçan deyil. 19 oyundan yarıdan çoxunda - 10-da heç-heçə qeydə alınıb. Təmsilçilərimiz cəmi 2 qələbə qazanıb ki, hər ikisi 1:0 hesabı ilə nəticələnib. 7 dəfə isə rəqiblər qalib gəlib. 21 qola imza atan təmsilçilərimiz 30 top buraxıblar.

Türkiyədəki görüşlərdə ən yaxşı nəticə "Neftçi"yə məxsusdur. "Ağ-qaralar" Antalyanı məğlub olmadan tərk edib. Düzdür, "Sabah" da hazırlıq matçlarında uduzmayıb, ancaq Murad Musayevin komandası bütün görüşlərdə "sülh"ə razılaşıb. "Zirə", "Qarabağ" və "Sumqayıt" isə təlim-məşq toplanışını qalib gəlmədən başa vurub. 

1 Neftçi 3 1 2 0 4-3 5 2 Sabah 3 0 3 0 3-3 3 3 Qəbələ 3 1 0 2 3-5 3 4 Zirə 3 0 2 1 6-8 2 5 Qarabağ 4 0 2 2 2-4 2 6 Sumqayıt 3 0 1 2 3-7 1 Cəmi: 19 2 10 7 21-30 16

... "Keşlə" "qış çempionu"dur

Təlim-məşq toplanışını Azərbaycanda keçirən komandaların nəticələrini də əlavə edib ümumi mənzərəni yekunlaşdırsaq, hazırlıq dövründə ən yaxşı göstəriciyə "Keşlə" imza atıb. Düzdür, Sənan Qurbanovun komandası da "Neftçi"ylə "Səbail" kimi keçirdiyi oyunlarda 5 xal əldə edib. Ancaq top fərqi "Keşlə"də daha yaxşıdır.  Sözsüz ki, bu müqayisə obyektiv sayıla bilməz. Çünki "Keşlə"nin, həmçinin "Səbail"in sınaqçı-rəqibləri əcnəbi klublarla eyni səviyyəli deyil. İstənilən halda, Premyer Liqa təmsilçilərindən hansının hazırlıq dönəmindən yaxşı yararlandığını, hansınınsa "papağını günə yandırdığını" yaxın gələcəkdə biləcəyik.

Klublarımızın qış hazırlığı   Yoxlama oyunları

13 yanvar

"Zirə" - "Peç" (Macarıstan) 3:5 Qollar: Ağabala Ramazanov, Vüsal Əliyev, İlkin Muradov (penalti)

14 yanvar

"Neftçi" - “Kişvarda” (Macarıstan) 2:2 Qollar: Emin Mahmudov, Ramin Nəsirli 

"Qarabağ" - "Qaz Metan" (Rumıniya) 0:0

"Səbail" - "Qarabağ-2" 0:0

15 yanvar

"Sabah" - “Pakş” (Macarıstan) 1:1 Qol: Xukio Rodriges

"Sumqayıt" - "Yagelloniya" (Polşa) 0:0

18 yanvar

"Qəbələ" - "Zaqlembe" (Polşa) 1:2 Qol: Fernan Lopez

"Səbail" - "Keşlə" 0:2 Qollar: Qol: Amil Yunanov, Qurban Səfərov

19 yanvar

"Neftçi" - “Visla” (Plotsk, Polşa) 1:1 Qol: Yusif Laval

"Sumqayıt" - "Berliner AK" (Almaniya) 2:5 Qollar: Tellur Mütəllimov, Murad Xaçayev

20 yanvar

"Zirə" - “Qurnik”(Leçna, Polşa) 2:2 Qollar: Təmkin Xəlilzadə (penalti), İlkin Muradov

Sabah - Zarya (Ukrayna) 1:1 Qol: Kamran Quliyev

21 yanvar

"Qarabağ" - "Şlyonsk" (Vroçlav, Polşa) 2:3 Qollar: avtoqol, Kadi

"Qarabağ" - "Baçka Topola" (Serbiya) 0:1

"Qəbələ" - "Borets" (Şimali Makedoniya) 1:0 Qol: Omar Hani

"Səbail" - MOİK 3:1 Qollar: Cavid Tağıyev, Ruslan Hacıyev, Camal Araqo

22 yanvar

"Sumqayıt" - "Şkupi" (Şimali Makedoniya) 1:2 Qol: avtoqol

24 yanvar

"Neftçi" - "Qurnik" (Polşa) 1:0 Qol: Emin Mahmudov

"Zirə" - “Breqalnitsa” (Şimali Makedoniya) 1:1 Qol: Davit Volkov

"Qəbələ" - “Bohemians" (Çexiya) 1:3 Qol: İsnik Alimi

"Səbail" - "Keşlə" 1:1 Qollar: Əfran İsmayılov - Rəhman Hacıyev

25 yanvar

"Qarabağ" - "Visla” (Krakov, Polşa) 0:0

"Sabah" - “Mladost” (Luçani, Serbiya) 1:1 Qol: Coy-Lens Mikels

Keşlə - Kəpəz 0:0

Yekun cədvəl: 1 Keşlə 3 1 2 0 3-1 5 2 Neftçi 3 1 2 0 4-3 5 3 Səbail 4 1 2 1 4-4 5  4 Sabah 3 0 3 0 3-3 3 5 Qəbələ 3 1 0 2 3-5 3 6 Zirə 3 0 2 1 6-8 2 7 Qarabağ 4 0 2 2 2-4 2 8 Sumqayıt 3 0 1 2 3-7 1

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər