Klublararası DÇ-nin bütün iştirakçıları məlum oldu

Klublararası DÇ-nin bütün iştirakçıları məlum oldu

Braziliyanın "Palmeiras" klubu ötən gün  Libertadores kubokunu qazanaraq, qarşıdan gələn klublararası dünya çempionatının sonuncu iştirakçısı məlum olub.

Fanat.Az xəbər verir ki,daha əvvəl klublararası dünya çempionatının məlum iştirakçıları bunlar olub: Çelsi (İngiltərə), Əl-Hilal (Səudiyyə Ərəbistanı), Əl-Əhli (Misir), Monterrey (Meksika), Oklend Siti (Yeni Zelandiya) və Əl-Cəzirə (Qətər) .

Müsabiqənin püşkatma mərasimi gələn bazar ertəsi, noyabrın 29-da keçiriləcək. Qeyd edək ki, "Çelsi" və "Palmeyras" turnirə dərhal yarımfinal mərhələsindən başlayacaq. Qarşıdan gələn klublararası dünya çempionatı 2022-ci ilin yanvarında BƏƏ-də keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər