"Klubdan maliyyələşmək kimi niyyətimiz yoxdur" - "Zona 45"in rəhbəri

"Klubdan maliyyələşmək kimi niyyətimiz yoxdur" - "Zona 45"in rəhbəri

Yeni mövsümdən I Divizionda mübarizə aparacaq "Mingəçevir" klubu da ölkə futbolunda bir çox komandalar kimi yerli fanat dəstəsinə malikdir. 

"Mingəçevir"in "Zona 45" adlı fanklubunun rəhbəri Elnur Qasımov Fanat.Az saytına müsahəbisəndə azarkeş qrupunun fəaliyyəti barədə danışıb.

- Əvvəlcə "Zona 45"lə bağlı soruşmaq istərdim. Neçə ildir fəaliyyət göstərirsiniz? Fanklubun neçə üzvü var? 

- "Zona 45" azad azarkeş qrupu rəsmi olaraq 3 ildən artıqdır ki, fəaliyət göstərir. 30-a yaxın aparıcı üzvümüz var. 

"Klubdan maliyyələşmək kimi niyyətimiz yoxdur" - "Zona 45"in rəhbəri

"Klubdan maliyyələşmək kimi niyyətimiz yoxdur" - "Zona 45"in rəhbəri

- Fanatların fikrincə, "Mingəçevir" I Divizionda rəqiblərinə qarşı necə mübarizə aparacaq? 

- "Mingəçevir" hələ yeni formalaşıb. I Divizionda rəqiblərə qarşı necə mübarizə aparacağı bilinmir. Məncə, buna indidən qərar vermək tezdir. Zaman göstərəcək.

- Komandanın məşqlərində izləyici olaraq iştirak edirsiniz?

- Dünən komandamız ilk məşqinə çıxmışdı. Hardasa 30 nəfər olardıq ki, sevimli komandamızın seleksiya xarakterli məşqinə birlikdə baxdıq. İmkan olduqca məşqlərdə yanlarında olduğumuzu göstərəcəyik.

"Klubdan maliyyələşmək kimi niyyətimiz yoxdur" - "Zona 45"in rəhbəri

- Komandanın səfər oyunlarında klubu dəstəkləmək üçün nəqliyyat vasitəsi və digər yol xərclərini tələb olunur. Klub bu yöndə sizə dəstək göstərir?

- Səfər oyunlarına maddi baxımdan komandadan heç bir tələb və təklifimiz yoxdur. Komandamız Region Liqasında çıxış edəndə azarkeş qrupunun üzvləri komandaya dəstək olurdular (gülür). Klubdan maliyyələşmək kimi niyyətimiz heç vaxt olmayıb və yoxdur. Ölkədə özümüzü azad azarkeş qrupu olaraq  göstərmək istəyirik. Ən uzaq səfərlərimiz Ağstafa, Cəlilabad və Bakı olub ki, onda da gücümüz nəyə çatıbsa, onunla getmişik.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər