Klub rəsmisindən federasiyaya etiraz: "Tüpürüb..."

Klub rəsmisindən federasiyaya etiraz: "Tüpürüb..."

Qazın qiymətinin kəskin artması fonunda etiraz aksiyaları və iğtişaşlar səbəbindən Qazaxıstanda fövqəladə vəziyyət elan edilib.

Fanat.Az "Sports.ru" saytına istinadən xəbər verir ki, ölkənin baş naziri və Qazaxıstan Xokkey Federasiyasının prezidenti Əsgər Mamin istefa verib.

Bununla belə, Kontinental Xokkey Liqasının “Baris” (Qazaxıstan) – “Metallurq” (Rusiya) matçı (3:2) tamaşaçısız da olsa baş tutub.

“Metallurq"un vitse-prezidenti Sergey Laskov bununla bağlı sərt çıxış edib: “KXL-in heç nə vecinə deyil. Onlar bu vəziyyətə tüpürüb. Ölkədə fövqəladə vəziyyət yaranıbsa, oyunları keçirmək məcburiyyətində deyillər. Oyunçuların psixologiyası necə olsun?"

Maqnitoqorsk komandası oyundan sonra bir saat təyyarədə saxlanılsa da, evə dönə biliblər. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər