Klub prezidenti: "Ronaldo Alleqridən çox göstəriş verir"

Klub prezidenti: "Ronaldo Alleqridən çox göstəriş verir"

"Napoli"nin prezidenti Aurelio De Laurentis Kriştiano Ronaldonun karyerasının "Yuventus" bölümündən danışıb.

Fanat.Az xəbər verir ki, yerli mətbuata danışan futbol funksioneri portuqaliyalı superulduzun gəlişindən sonra Turin klubunun baş məşqçisi Massimiliano Alleqrinin səlahiyyətlərini əlindən aldığını bildirib:

"Ronaldo güclüdür, gələndən sonra sanki baş məşqçini əvəzlədi. Alleqri bu mövsüm nə etməli idi? Əsl motivator Ronaldodur. O, paltardəyişmə otağının lideridir. Millinin oyunlarında gördüm ki, o, ehtiyat oyunçular skamyasında əyləşib, baş məşqçidən çox göstəriş verir. Şəxsən mən heç vaxt onu transfer etməzdim. Çünki valideynlərim mənə belə yaşamağı öyrətməyiblər".

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər