"Liverpul"un baş məşqçisi postunu tərk edən Yurgen Klopp uzunmüddətli məzuniyyətə çıxmaq qərarına gəlib.
Fanat.Az xəbər verir ki, alman mütəxəssis İngiltərə yığması naminə bu tətili yarımçıq qoymayacağını bildirib.
"Sky Sports" Kloppun dediklərini belə çatdırıb: “Padel" oynamaq və nəvələrimlə vaxt keçirmək üçün hələ çox gəncəm. Yenidən məşqçilik olacaqmı? Mən indi bunu istisna edirəm. Bir neçə aydan sonra nəyin necə olacağını görəcəyik. İndi heç nə baş verməyəcək".
Xatırladaq ki, Yurgen Klopp 2015-2024-cü illərdə “Liverpul”u çalışdırıb.
Mirağa