Klopp razılıq verdi: Koutinyo qayıdır

Klopp razılıq verdi: Koutinyo qayıdır

"Barselona"nın yarımmüdafiəçisi Felipe Koutinyo (Felipe Coutinho) "Liverpul"a qayıda bilər.

Fanat.Az "El Chiringuito" nəşrinə istinadən xəbər verir ki, transferin bu qış reallaşacağı gözlənilir.

"Barselona"nın prezidenti Joan Laporta da Koutinonun getməsinə razıdır. "Liverpul" braziliyalı futbolçunu qış "transfer pəncərəsi" dönəmində qaytarmağa hazırdır. 

"Mersisaydlılar"ın baş məşqçisi Yurgen Klopp da (Jürgen Klopp) futbolçunu heyətində görməkdən məmnun olacaq.

Xatırladaq ki, Koutinyo 2018-ci ildə "Liverpul"dan 135 milyon avroya "Barselona"ya transfer olub.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər