Klopp gecə saat 03:30-da Ferqyusona niyə zəng edib?

Klopp gecə saat 03:30-da Ferqyusona niyə zəng edib?
"Mançester Yunayted"in əfsanəvi baş məşqçisi Aleks Ferqyuson Yürqen Kloppu İngiltərədə ilin məşqçisi seçilməsi münasibətilə təbrik edib.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, Ser bunları deyib:
"Yürqen Klopp, möhtəşəm işlər gördün. "Liverpul" 30 il sonra çempion oldu. İnanılmazdı. Mükafata tamamilə layiqsən. Komandanın performansı möhtəşəm idi. İnanılmaz tamaşa izlədiyimizi düşünürəm.
İngiltərə çempionu olduğunuzu demək üçün gecə saat 03:30-da məni yuxudan oyatmışdın. Bunun üçün səni bağışlayıram. Sağ ol. İstənilən halda sən buna layiq idin. Belə də davam et".
Qeyd edək ki, İngiltərə Məşqçilər Assosiasiyasının versiyasına əsasən, Klopp ilin məşqçisi kimi, Aleks Ferqyuson mükafatına layiq görülüb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər