"Liverpul" klubunun baş məşqçisi Yurgen Klopp (Jurgen Klopp) eynək taxmamasının səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Eynəksiz olmasının səbəbini izah edən mütəxəssis xarici görünüşü barədə də danışıb:
"Bu tamamilə şəxsi bir məsələdir, amma bir dəfə izah verə bilərəm. 10 yaşımdan bəri, yəni 44 ildir eynək taxıram. Son zamanlar eynəyin görmə qüsurumu düzəldə bilmədiyi aydın olub. Həll yolunu kiçik bir əməliyyatda gördüm. Bunlar lazer və ya başqa bir şey deyil. Əməliyyatdan sonra eynəksiz daha yaxşı görürəm. Düşünürəm ki, bu xarici görünüşümə də təsir edib. Üzüm eynəksiz olduqca gülməli və qəribə görünür. Buna baxmayaraq, artıq eynəyə ehtiyacım yoxdur. Ola bilər daha sonra eynək taxmağa başlayım, amma hələ ki, ehtiyac yoxdur".
Xatırladaq ki, hazırda "Liverpul" İPL-də iki tura 6 xal toplayaraq liderlər siyahısında yer alır.
Emin Şəmsiyev