"Liverpul" bu ay "Boksinq dey"də 28 gün ərzində 9 qarşılaşma keçirəcək.
Fanat.Az "BBC" nəşrinə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Yürqen Klopp sıx oyun cədvəlinə etiraz edib:
“Biz sıx qrafikə öyrəşmişik, amma bu qədər yox! Dekabrın ortalarından ayın sonuna yaxın nə baş verdiyini anlamırıq. Bunun düzələcəyi barədə söhbətlər daim davam edir.
Bu, dəlilikdir! Bu həmişə dəlilik olub və həmişə belə olacaq! Milada qədər hər şey yaxşı gedir. Elə ki, il sonu gəldi, dəlixana başlayır. Sanki ənənədir. Mən hər şeyi başa düşürəm. Amma bu, olduqca çətindir."
Xatırladaq ki, İngiltərədə il sonunda bir çox çempionatlardan fərqli olaraq klublar istirahətə yollanmır və daha sıx qrafiklə oynayır.
Emin