UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində Praqada yerli "Sparta" ilə "Liverpul" üz-üzə gəlib.
Fanat.Az xəbər verir ki, ingilislər 5:1 hesabı ilə qalib gələrək ikinci görüşü demək olar, formallığa çeviriblər.
Həmçinin bu matç mersisaydlıların baş məşqçisi Yürgen Klopp üçün əlamətdar olub. "The Athletic"-in məlumatına görə, "Liverpul" bu görüşdə alman çalışdırıcının rəhbərliyi altında 1000-ci qolunu vurub. Bu, Darvin Nunyesin oyunun 25-ci dəqiqəsinə təsadüf edən (komandanın 2-ci) qolu olub.
Qeyd edək ki, almaniyalı mütəxəssis 2015-ci ilin oktyabrından "Liverpul"u çalışdırır. Onun rəhbərliyi altında mersisaydlılar bütün yarışlarda 476 oyun keçirib.
Mirağa