Bu gün UEFA Konfrans Liqasında ilk finalçının adına aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, Belçika klubu “Brügge” doğma meydanda İtaliya “Fiorentina”sını qəbul edib.
İlk oyunda 3:2 hesabı ilə qalib gələn italiyalılar səfərdə 1:1 edərək rəqibini ümumi hesabda üstələyib. Beləliklə, İtaliya təmsilçisi adını finala yazdırıb.
Yarımfinalın digər cütünün - "Olimpiakos"la "Aston Villa"nın dueli sabah baş tutacaq.
UEFA Konfrans Liqası Yarımfinal mərhələsi, cavab oyunu 8 may
“Brügge” (Belçika) - “Fiorentina” (İtaliya) 1:1
Qollar: Vanaken, 20 - Beltran, 85-pen. Baş hakim: Halil Umut Meler (Türkiyə) Brügge. “Jan Breydel Stadion”
İlk oyun - 2:3