Dortmund "Borussiya"sının baş məşqçisi Edin Terziç Budesliqanın 27-ci turunda səfərdə "Bayern Münhen" üzərində qazandıqları inamlı qələbəni (2:0) şərh edib.
Fanat.Az xəbər verir ki, liqanın rəsmi saytı onun dediklərini belə çatdırıb:
"Əlbəttə, şadıq. Çıxışımızdan məmnunuq. Bu, layiqli qələbə idi. Biz kişilik, əzm göstərməli, zəhmətkeşliyimizi isbatlamalıydıq. Əlbəttə, qələbə üçün 90-cı dəqiqədəki ofsayd epizodunda olduğu kimi, bir qədər də bəxt lazım idi. Matça səylə hazırlaşmışdıq və hər şeyin istədiyimiz kimi alınması ürəyimizcədir".
Qeyd edək ki, 27 tura 53 xal toplayan Dortmund "Borussiya"sı Bundesliqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
Nihat