Kipr yığmasında daha bir problem

Kipr yığmasında daha bir problem
UEFA Millətlər Liqasının ilk iki oyununda Monteneqro və Azərbaycanla qarşılaşacaq Kipr yığmasının heyətlə bağlı problemləri davam edir.
 
Fanat.Az xəbər verir ki, bu dəfə pis xəbər "Astana”nın heyətində çıxış edən Pieros Sotiroudan gəlib. 
 
Zədədən əziyyət çəkən 27 yaşlı futbolçunun da millinin oyunlarını buraxacağı bildirilir. Onun zədəsinin ciddilik dərəcəsinə tibbi müayinədən sonra aydınlıq gələcək.  
 
Qeyd edək ki, daha əvvəl Aleksander Qogiç və Giorqos Efremin qarşıdakı matçları buraxacağı dəqiqləşib. Qogiç 10 günlük karantinə alınıb, Efrem isə zədələnib.  
Xatırladaq ki, Kipr yığması sentyabrın 5-də Monteneqro, 8-də isə Azərbaycan millisini Nikosiyada qəbul edəcək. 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər