Kikboksinq federasiyası loqosunu dəyişdi

Kikboksinq federasiyası loqosunu dəyişdi

Azərbaycan Kikboksinq Federasiyasının (AKF) loqosu dəyişib.

Qurumun Mətbuat Xidmətindən Fanat.Az-a verilən məlumata görə, yeni loqoda əvvəlkindən fərqli olaraq Azərbaycanın atributları əks olunub.

Loqonun həm sol, həm də sağ tərəfi ölkə bayrağının rəngləri ilə əhatə edilib. Həmçinin loqoda bayraqda 8 guşəli ulduzun olduğunu bildirən bu qədər sayda ulduz və iki kikboksçunun mübarizəsi əks olunub.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən AKF-in əvvəlki loqosu 2000-ci ildən mövcud olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər