"Keyn bizim oyunçudur və nöqtə"

"Keyn bizim oyunçudur və nöqtə"
"Tottenhem Hotspur"un baş məşqçisi Nunu Eşpirintu Santu komandanın ulduz hücumçusu Harri Keynin gələcəyi ilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" mütəxəssisin söylədiklərini belə çatdırıb:
"İstəyirəm ki, Avropa çempionatından mübarizə aparan Harri yorğunluğunu istirahətlə çıxarsın. Bizə qoşulanda başa düşəcək ki, məsuliyyəti üzərinə götürmək və daha yaxşı olmağa çalışmaq vaxtıdır. Açığı, belə olacağına heç şübhəm də yoxdur. Hədəflərimiz böyükdür. Keynin əla oyun sərgiləyəcəyinə inanırıq. Harri bizim oyunçudur və nöqtə. Başqa söhbətlərə ehtiyac görmürəm. Hələ istirahət etməlidir. Bizə qoşulacağı günü səbirsizliklə gözləyirəm. Gələcəyini birlikdə müzakirə edəcəyik".
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər