Keyn Benzema ilə müqayisə olunmasına belə reaksiya verdi

Keyn Benzema ilə müqayisə olunmasına belə reaksiya verdi

"Bayern Münhen"in futbolçusu Harri Keyn "Əl-İttihad"ın hücumçusu Kərim Benzema ilə müqayisə edilməsinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Marca" İngiltərə millisinin forvardının dediklərini belə çatdırıb:

“Şübhəsiz, mənim oyunum Benzemanın oyununa bənzəyir. O, son onilliyin ən yaxşı hücumçularından biridir. Kərim həm qol vurmaq, həm də assist etmək qabiliyyətinə malikdir. O, ötürmələrdə yaxşı oynayan çox ağıllı futbolçudur. Benzemadan çox şey öyrənmişəm”.

Xatırladaq ki, Benzema "Real Madrid"dən Səudiyyə Ərəbistanı təmsilçisinə bu yay keçib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər