"Keşlə"nin rəqibi debütanta uduzdu

"Keşlə"nin rəqibi debütanta uduzdu
Dünən "Keşlə"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Soçi" Rusiya Premyer Liqasının ilk turunun oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, eyniadlı şəhərin təmsilçisi rəqib meydanında "Nijniy Novqorod"la qarşılaşıb.
Matç qonaqların üstünlüyü şəraitində keçsə də, meydan sahibləri 1:0 hesablı qələbə qazanıb. Görüşün 68-ci dəqiqəsində Rusiya Premyer Liqasının debütantı istəyinə çatıb. İqor Qorbunov komandasının nadir hücumlarından birini qila çevirib. 
Qeyd edək ki, "Keşlə" səfərdə keçirdiyi ilk görüşdə 0:3 hesabıyla yenilərək ikinci qarşılaşmanı formallığa çevirib. Cavab oyunu iyulun 29-da Bakıda keçiriləcək.
 
Nihat 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər