"Keşlə"nin keçmiş məşqçisi Ermənistanda ömürlük cəzalandı

"Keşlə"nin keçmiş məşqçisi Ermənistanda ömürlük cəzalandı
Ermənistan I Liqasında danışılmış oyunlarla əlaqədar diskvalifikasiyaya məruz qalmış 58 nəfərdən 45-i futbol fəaliyyətindən ömürlük məhrum edilib. 
"Report"un məlumatına görə, cəzalı futbolçu, məşqçi və funksionerlərin 25-i Ukrayna vətəndaşıdır. Onların 20-si heç vaxt futbolla məşğul ola bilməzlər. 
Siyahıdakılardan Yerevan "Lokomotiv"inin keçmiş baş məşqçisi Anatoli Piskovets ömürlük cəza ilə üzləşib. O, 2005-ci ildə Bakının "İnter" (hazırkı "Keşlə") və Zaqatalanın "Simurq" komandalarında məşqçi kimi fəaliyyət göstərib. 
Yerevan "Torpedo"sunun futbolçusu kimi 1 illik cəzaya məruz qalan Miroslav Deda isə "Qarabağ"ın U-19 komandasında çıxış etmiş hücumçu Yaroslav Dedanın əkiz qardaşıdır. 
Qeyd edək ki, cəzalı ukraynalılar sırasında "Lokomotiv"in faktiki sahibi, keçmiş baş məşqçisi və 10 futbolçusu, "Araqats"ın sahibi, baş məşqçisi və 3 futbolçusu, "Masis"in 5, "Torpedo"nun 3 futbolçusu yer alıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər