"Keşlə" yoxlama görüşü keçirəcək

"Keşlə" yoxlama görüşü keçirəcək
Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Keşlə"də futbolçulara istirahət verilib. 
Fanat.Az xəbər verir ki, bu barədə klub "Facebook" səhifəsi vasitəsilə məlumat yayıb.
Bu gün səhər saatlarında məşq edən paytaxt təmsilçisi hazırlığı martın 22-də bərpa edəcək. Baş məşqçi Tərlan Əhmədov fasilə zamanı yoxlama matçı planlaşdırır. Lakin rəqibin kimliyi və qarşılaşmanın keçiriləcəyi yer hələ bəlli deyil.
Qeyd edək ki, "Keşlə" fasilədən sonrakı ilk oyununu martın 30-da "Neftçi"yə qarşı keçirəcək.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər