"Keşlə" Maksimovun həmyerlilərinə uduzdu

"Keşlə" Maksimovun həmyerlilərinə uduzdu
"Keşlə” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, baş məşqçi Yuri Maksimov yetirmələrini "Karpatı”ya qarşı sınayıb. Ukrayna klubu ilə görüşün start fiti Bakı vaxtı ilə 18:30-da verilib. Bakı təmsilçisi 1:2 hesabıyla uduzub.
Qeyd edək ki, "Keşlə” Antalyadakı ilk yoxlama matçında "Rabotniçki” (Makedoniya) üzərində 1:0 hesablı qələbə qazanıb.
 
Yoxlama görüşü
29 yanvar
 
"Keşlə” (Azərbaycan) – "Karpatı” (Ukrayna) - 1:2
Qol: Məmmədli, 57
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər