“Keşlə” - “Laçi” oyununun məkanı açıqlandı

“Keşlə” - “Laçi” oyununun məkanı açıqlandı
"Keşlə”nin Avropa Liqasının I təsnifat mərhələsində "Laçi” ilə keçirəcəyi matçın məkanı dəyişməyəcək.
Bu barədə apasport.az saytına Bakı klubunun mətbuat xidmətinin rəhbəri Murad Axundov məlumat verib.
O bildirib ki, qarşılaşmanın neytral meydanda oynanılması müzakirə mövzusu deyil: "Laçi” ilə görüşün Bakıda baş tutacağını tam əminliklə deyə bilərik. Məkanla bağlı heç bir dəyişiklik olmayacaq. Komandamız "Laçi”ni avqustun 27-də "ASK Arena”da qəbul edəcək”.
Oyunun saat 21:00-da başlayacağı gözlənilir. 
Qeyd edək ki, "Laçi”nin direktoru Naim Halili Albaniya mətbuatına açıqlamasında oyunun başqa ölkədə keçiriləcəyini istisna etməyib.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər