“Keşlə” hazırlıq planını açıqladı

“Keşlə” hazırlıq planını açıqladı
"Keşlə" komandasının qış hazırlıq planı müəyyənləşib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının III dövrəsinə və ölkə kubokunun 1/4 final mərhələsinə hazırlaşan paytaxt təmsilçisi yanvarın 4-də Bakıda məşqlərə start verəcək.
Komanda hazırlıq çərçivəsində yanvarın 10-da MOİK, 14-də isə "Neftçi” ilə yoxlama oyunlarında qüvvəsini sınayacaq.
Qeyd edək ki, "Keşlə" yanvarın 21-də Azərbaycan Premyer Liqasının XIV turunda "Sumqayıt"ı qəbul edəcək.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər