"Keşlə" dörd legioneri sınadı, birini saxladı

"Keşlə" dörd legioneri sınadı, birini saxladı

Ötən gün "ASK Arena"da "Kəpəz"lə yoxlama oyunu keçirən (0:0) "Keşlə" I Divizion təmsilçisi ilə görüşdə baxışa gələn 4 legioner futbolçunu sınaqdan keçirib. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bakılıların baş məşqçisi İran, Nigeriya, Braziliya və Qanadan olan oyunçuları iş başında izləyib.

Onlardan üçünün səviyyəsindən razı qalmayan məşqçilər korpusunun rəyinə əsasən, iranlı, braziliyalı və nigeriyalı geri göndərilib. Yalnız Qanadan olan hücumçu Ramin Doobi saxlanılıb. Sənan Qurbanov onu daha bir neçə gün iş başında görmək istədiyini bildirib. 

Qeyd edək ki, 20 yaşlı Ramin Doobinin sonuncu klubu Gürcüstan "Şevardeni"si olub. 

Mirağa  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər