“Keşlə” daha bir keçidi rəsmiləşdirdi

“Keşlə” daha bir keçidi rəsmiləşdirdi
"Keşlə” növbəti transferini rəsmiləşdirib. Fanat.Az xəbər verir ki, paytaxt klubu Ebrima Sohna ilə müqavilə imzalayıb.
Sonuncu klubu Finlandiyanın VPS komandası olan qambiyalı futbolçu ilə mövsümün sonuna kimi anlaşma əldə edilib.
Bundan bir gün əvvəl paytaxt təmsilçisi Andre Klennonla da eyni şərtlərdə anlaşmışdı.
Qeyd edək ki, Ebrima Sohna VPS-nin heyətində 19 oyun keçirib və 1 qol vurub. O, əvvəllər Qambiyanın "Vallidan", Norveçin "Sandefyord", Finlandiyanın RoPS, KuPS, Qazaxıstanın "Vostok" və Kveytin "Əl-Ərəbi" klublarında çıxış edib. 29 yaşlı yarımmüdafiəçi 2005-ci ildən çağırıldığı Qambiya yığmasında 17 oyun keçirib və 1 qol vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər