"Keşlə" 2 legionerini göndərməyəcək

"Keşlə" 2 legionerini göndərməyəcək

Çempionatı turnir cədvəlinin son pilləsində başa vuran "Keşlə"islahatlara başlayıb.

 

Fanat.Az-ın məlumatına görə, klub bossları müqaviləsinin müddəti başa çatanlar arasından 2-3 oyunçunu komandada saxlayacaq.

Dünən Slavik Alxasovla yeni sözləşmə imzalayan paytaxt təmsilçisində qalacaq daha 2 oyunçunun adına aydınlıq gəlib. Baş məşqçi Tərlan Əhmədov əcnəbilərdən ikisinin mütləq saxlanılmasını istəyib. Bunlar yarımmüdafiəçi Con Kamara və hücumçu Conatan Ayitedi.

Kamaranın müqavilə müddəti, onsuz da, gələn ilin yayına qədərdi və rəhbərlik sierra-leoneli ilə yola davam qərarı verib. Anlaşma müddəti bitən fransalı Ayiteyə isə yeni müqavilə təklif olunub. Ayite gələn mövsümü Bakı təmsilçisində keçirməyin əleyhinə deyil.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər