"Əl-İttihad"ın futbolçusu Kərim Benzema karyerası ilə bağlı önəmli qərar qəbul edib.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb.
Xəbərə görə, fransalı hücumçu Səudiyyə Ərəbistanın təmsilçisini tərk etməyəcək. Mənbə təcrübəli forvardın "Olimpik Lion" və digər Avropa klubları ilə razılığa gələ bilmədiyini vurğulayıb.
Qeyd edək ki, ötən ilin yayında "Real Madrid"dən ayrılaraq "Əl-İttihad"la azad agent qismində müqavilə bağlayan Benzema indiki klubunun forması ilə 24 rsəmi matça çıxıb. Bu qarşılaşmalarda 15 qol vuran Əlcəzair əsilli fransalı 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Nahid Məmmədov