“Kəpəz” “Qəbələ”yə qalib gəldi

“Kəpəz” “Qəbələ”yə qalib gəldi

Avropa Liqası həyəcanından sonra həftəsonu diqqətlər yenidən Azərbaycan çempionatına yönəlib.

Fanat.Az xəbər verir ki, bu gün Misli Premyer Liqasında XXIV turun oyunları start götürüb.

Turun açılış günündə bir matç baş tutub ki, "Kəpəz" və "Qəbələ" komandaları üz-üzə gəliblər. Autsayderlərin dueli elitada qalmaq baxımından prinsipiallıq daşıyırdı.

Gəncə təmsilçisi bu qarşılaşmada nominal meydan sahibi olacaq. Görüş elə gəncəlilərin qələbəsiylə yekunlaşıb.

Gəncəlilər 23 xalla 9-cu, "Qəbələ" isə 15 xalla 10-cu pilədə qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları fevralın 24-25-də reallaşacaq.

Misli Premyer Liqası XXIV 23 fevral

“Kəpəz” – “Qəbələ” 2:1 Qollar: Georgi Papunaşvili, 19. Amil Yunanov, 66-pen - Osama Xalayla

“Kəpəz”: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 47. Ədilxan Qarəhmədov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 26. Adama Niane, 91. Latir Fal Baş məşqçi: Adil Şükürov

“Qəbələ”: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 3. Zurab Oçiqava, 19. Samuel Tetteh, 6. Feras Abu Akal, 9. Əyyub Allaş, 72. Osama Xalayla Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 18. Mehrac Baxşalı, 30. Şahin Şahniyarov, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 17. Yaovi Akakpo, 8. Gilad Abramov Baş məşqçi: Elmar Baxşıyev

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Kamran Bayramov, Cavid Cəlilov. Hakim-inspektor: Orxan Məmmədov. AFFA nümayəndəsi: Zümrüd Ağayeva. Qəbələ şəhər stadionu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər