Kazinolar şəhərində qanlı döyüş: bir gecədə 15 milyon - FOTOLAR

Kazinolar şəhərində qanlı döyüş: bir gecədə 15 milyon - FOTOLAR

Qumarxanaları və Kazinoları ilə məşhur olan Las-Veqas bu dəfə “qanlı” rinqə ev sahibliyi edəcək.

 

Bu gün bu şəhərdə boksçular Migel Kotta ilə Saul Alvares üz-üzə gələcək. Artıq hər iki boksçunun əldə edəcəyi qonorar da bəlli olub. Boks azarkeşlərinin diqqəti bu döyüşdə olacaq.

 

35 yaşlı kostarikalı Kotta 15 milyon dollar qazanacaq. 25 yaşlı meksikalı Alvares isə ondan 3 dəfə az - 5 milyon dollar qonorar alacaq.

 

Ancaq mükafatın məbləği teleyayımdan gələn gəlirlər hesabına artırıla bilər. Boksçuların qonorarına teleyayıma görə 1,5 milyondan 2,5 milyon dollara qədər məbləğin əlavə ediləcəyi gözlənilir.

 

Qeyd edək ki, 24 yaşlı ispan boksçu Alvarez karyerası ərzində keçirdiyi döyüşlərdə 45 dəfə qələbə qazanıb. Bunlardan 32-i nokautla, 13-ü texniki qələbə ilə əldə edib. Aktivində  məğlubiyyət və1 heç-heçə var.

 

34 yaşlı puerto-rikolu boksçu Kotto isə keçirdiyi döyüşlərdən 40-da qələbə qazanıb - 33 nokaut, 7 texniki qələbə, 4 məğlubiyyət, 0 heç-heçə...(Publika.az)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər