Kazemiro MY-dən gedir - Hansı liqada oynayacağı bəllidir

Kazemiro MY-dən gedir - Hansı liqada oynayacağı bəllidir

"Mançester Yunayted"in brazliyalı yarımmüdafiəçisi Kazemironun Səudiyyə Ərəbistanına yollanacağı ilə bağlı informasiyalar səngimir.

Fanat.Az xəbər verir ki, bu barədə son məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Ekrem Konur yayıb.

Mənbə "San Paulu"nun yetirməsinin adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubu ilə razılığa gəldiyini vurğulayıb. MY-nin "sambaçı"nı satmağın əleyhinə olmayacağı bildirilib.

Qeyd edək ki, Kazemironun "qırmızı şeytanlar"la müqaviləsinin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər