Kazemiro Ançelotti ilə görüşdü: "Geriyə yol yoxdur"

Kazemiro Ançelotti ilə görüşdü: "Geriyə yol yoxdur"

“Mançester Yunayted”lə müqavilə bağlamaq üzrə olan Kazemiro “Real Madrid”in baş məşqçisi Karlo Ançelottiylə görüşüb. 

Fanat.Az xəbər verir ki, bu barədə italiyalı mütəxəssis keçirdiyi mətbuat konfransında deyib: 

"Kazemironun niyə Avropanın ən güclüsünü əziyyət çəkən komandaya dəyişmək qərarına gəldiyini bilmirəm. Bu, onun şəxsi qərarıdır. Komanda onu başa düşür. Biz onun hər qərarını hörmət və sevgi ilə qəbul edirik. Bu səhər danışdıq. Mən onu bu qərardan yayındırmağa çalışmadım. Düşünürəm ki, geriyə yol yoxdur. Ona uğurlar arzuladım, hər şeyə görə təşəkkür etdim”.

Kazemironun "Mançester Yunayted"lə 60+10 (bonus) milyon avroya transer olunacağı bildirilir. Braziliyalı İngiltərə Premyer Liqasının yeni mövsümünün ilk iki matçında məğlubiyyətlə üzləşən Mançester təmsilçisi ilə dörd illik müqavilə imzalayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər