Kazbek Tuayevin qohumu paytaxt klubunda

Kazbek Tuayevin qohumu paytaxt klubunda

"Səbail" baxışa yeni oyunçu dəvət edib. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, qapıçı Aleksandr Tuayevdir.

22 yaşlı qolkiperin veteran futbol mütəxəssisi Kazbek Tuayevin yaxın qohumu olduğu bildirilir. Aleksandr Vladiqafqazdandır.

Məşqçilər korpusu gənc qolkiperi bir həftə sınamağı düşünür. 

Aleksandr Tuayev karyerası ərzində "Peresvet" və "Ekspres" kimi həvəskar komandaların, həmçinin aşağı liqa təmsilçisi olan "Luk-Energiya"yla "Kolomna"nın şərəfini qoruyub. Onun sonuncu klubu Qırğızıstan "Kaqanat"ı olub. O, 2022-ci ilin əvvəlində bu komandaya keçsə də, yay fasiləsində ayrılmağı lazım bilib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər