Kaxaber Tsxadadze ilə bağlı qərar verildi

Kaxaber Tsxadadze ilə bağlı qərar verildi

Qazaxıstanın "Ordabası” klubu "Keşlə”ni "İnter” adlandığı dönəmdə 6 il çalışdırmış (2009-2014) Kaxaber Tsxadadze ilə bağlı qərar verib.

 

Fanat.Az-ın "sports.kz” saytına istinadən məlumatına görə, klub gürcü mütəxəssislə yola davam edəcəyini açıqlayıb. Artıq 50 yaşlı çalışdırıcı ilə şifahi razılıq əldə olunub.

 

Qeyd edək ki, bu ilin iyun ayından "Ordabası”nı çalışdıran Tsxadadzenin komandası ölkə çempionatını 4-cü yerdə başa vurub. Bu nəticəyə imza atan şimkəntlilər Avropa Liqasının təsnifat mərhələsində Qazaxıstanı təmsil etmək hüququ qazanıb.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər