Kavaninin oynayacağı klub müəyyənləşdi - RƏSMİ

Kavaninin oynayacağı klub müəyyənləşdi - RƏSMİ
"Mançester Yunayted" hücumçusu Edinson Kavani ilə müqavilə yeniləyib.
Fanat.Az sözügedən klubun rəsmi "Twitter" hesabına istinadən xəbər verir ki, uruqvaylı ulduz 2022-ci ilin 30 iyun tarixinədək "qırmızı şeytanlar"ın formasını geyinəcək.
Daha öncə Kavaninin İngiltərəyə uyğunlaşmağa çətinlik çəkdiyi və Cənubi Amerikaya yollanmağı planlaşdırdığı barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, Edinson MY-yə ötən ilin oktyabrında PSJ-dən keçmişdi. O, İngiltərə təmsilçisiylə azad agent qismində birmövsümlük anlaşma imzalamışdı.
Atilla
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər