Kavani yekun qərarını verdi - Yayda bu kluba keçir

Kavani yekun qərarını verdi - Yayda bu kluba keçir

"Mançester Yunayted"in hücumçusu Edinson Kavani yeni iş yeri ilə bağlı yekun qərarı bəllidir.

Fanat.Az xəbər verir ki, AS uruqvaylı forvardın Avropa klublarından aldığı təkliflərə rəğmən, karyerasını Argentinada davam etdirəcəyini açıqlayıb.

Cənubi amerikalı futbolçunun İspaniya və İtaliya təmsilçilərindən aldığı bir neçə real çağırışı geri çevirdiyi vurğulanıb.

Xəbərə görə, o, ölkəsinə və ailəsinə daha yaxın olmaq üçün azad agent qismində 6 aydır ki, danışıq apardığı "Boka Xuniors"a qoşulacaq.

Qeyd edək ki, Kavaninin MY ilə olan müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər