"Kardioloq hər an daha oynamayacağımı deyə bilər" - Kapitan qızından da danışdı

"Kardioloq hər an daha oynamayacağımı deyə bilər" - Kapitan qızından da danışdı

İngiltərənin "Luton" klubunun uelsli kapitanı, 2023-cü ilin dekabrında "Bornmut"la matçda ürəktutması keçirən Tom Lokyerin karyerasını davam etdirib-etdirməyəcəyi sual altındadır.

Fanat.Az Britaniya mətbuatına istinadən xəbər verir ki, hadisədən sonra kardioverter defibrillyator cihazı ilə yaşamaq məcburiyyətində qalan Tom həkimlərin qərarını gözlədiyini bildirib.

"Kardioloq hər an daha oynamayacağımı deyə bilər. Belə olsa, qəbul edəcəm. Hələ xəstəxanadayam".

"Kardioloq hər an daha oynamayacağımı deyə bilər" - Kapitan qızından da danışdı

Bu yaxınlarda ata olan Lokyer övladı haqda da danışıb: "Qızımı qucağımda tutmaq inanılmaz hissdir. İnsanın övladına qarşı sevgisi çox heyrətamiz duyğudur. Onun böyüməsini, dəyişməsini və gülümsəməsini görmək fürsətinə görə çox minnətdaram".

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər