Karantin rejimini pozub idman zalına getdilər - FOTO

Karantin rejimini pozub idman zalına getdilər - FOTO
Paytaxtın Binəqədi rayonunda rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, qapalı məkanda fəaliyyət göstərən, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan idman zalı aşkarlanıb. 
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Fanat.Az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin  7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Mircəlal küçəsində yerləşən idman-məşq zalında 9 nəfər müəyyən olunub.
Sanitar-epidemioloji normaları pozan şəxslər müvafiq polis bölməsinə dəvət olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib olunub.
Karantin rejimini pozub idman zalına getdilər - FOTO
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər